Övladına zorakılığa görə həbs edilən ata həbsxanada ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Qaziantepdə iki yaşlı qızına şiddət göstərən ata həbs edilib. Ailə Nazirliyi uşağı himayəsinə götürüb.
Hadisə aprelin 4-də Sinan rayonunda baş verib. Suriya vətəndaşı iki yaşlı qızına dəhşətli zor tətbiq edib.
Sosial mediada yayımlanan görüntülərdə kişinin uşağın saçından tutaraq yerə atmadan əvvəl dəfələrlə təpik və yumruq atdığı görünür.
Uşaq ağlayarkən ata onu yenidən yanına çağırıb və yerə yıxıb, üzünə bir neçə dəfə vurub və saçından tutaraq yuxarı qaldırıb.
Görüntülərin reaksiya verməsinin ardından İl Jandarma Komandirliyinə bağlı qruplar hərəkətə keçib.
Polis əməkdaşları ünvanını müəyyən edərək onu saxlayıblar. Jandarma əməliyyatlarının ardından o, ədliyyəyə aparılaraq həbs olunub.
Qaziantepdə azyaşlı uşağını döyən şəxsin həbsxanada “təsadüfən çarpayıdan yıxılaraq” öldüyü bildirilir.
Xuraman Etibarlı
İnterpress.az