QHT-lərə Dövlət Dəstəyi Agentliynin maliyyə dəstəyi ilə “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnişafına Dəstək” ictimayi birliyinin 01 fevral-30 aprel 2022-ci il tarixə qədər “Öz Brendini Yarat” adlı layihəsi Ağsu, Şamaxı, İsmayıllı rayolarnda həyata keçiriləcəkdir.
İnterpress.az xəbər verir ki, hər rayonda 25 iştirakçı olmaqla ümumilikdə 75 nəfər layihəyə cəlb ediləcəkdir.
Layihənin məqsədi 44 günlük Vətən müharibəsindən sonara ölkənin social-iqtisadi vəziyyətində aztəminatlı və Şəhid ailələrinin, Qazilərin sahibkarlıq subyektinə çevrilməsinə təşviq etmək və ölkə iqtisadiyyatının inkişafına dəstək vermək əsas məqsədidir.
Sahibkarlıq fəaliyyətinə başlayan şəxslər üçün məlumatlandırıcı materialların hazırlanmasını həyata keçirmək, sahibkarlıq fəaliyyətinin təbliği sahəsində işlər aparılmasını təmin ediləcəkdir. Marketing və bazar araşdırmasının sahibkar üçün faydalı tərəfləri müzakirə olunacaqdır.
Layihənin bu bölgələrdə həyata keçirilməsində məqsədi müəyyən edilmiş rayonların kənd təsərrüfatı və xüsusilə turizm bölgəsi olaraq sahibkalıq subyektinə çevrilməsinə nail olmaqdır.
3 bölgədə əhalini sahibkarlıq fəaliyyətinə marağının artırlması və onların kənddən şəhərə axının qarşısını almaq, sub-urbaizmin layihənin əsas məqsədidir.
Layihəyə şəhid ailələrinin və qazilərin fəaliyyətinə marağını araşdırmaq və cəlb ediləcək iri şirkətlərin rəhbərlərinin və orta sahibkarların qarşılıqlı təcrübə mübadiləsinə dəvət ediləcək ASK DAİM DMA və KOB evlərinin nümayəndələri ilə görüşlər təşkil ediləcəkdir.