Özbəkistan Türkiyədə zəlzələdən zərər çəkənlər üçün səhra xəstəxanası yaradacaqbackend

Özbəkistan Türkiyədə zəlzələdən zərər çəkənlər üçün səhra xəstəxanası yaradacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan səhra xəstəxanasının yaradılması üçün Türkiyəyə avadanlıq və 71 nəfərlik həkim briqadası göndərib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Özbəkistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, prezident Şevkət Mirziyoyevin göstərişi ilə Müdafiə Nazirliyinə tabe olan 71 nəfərdən ibarət hərbi tibb heyəti müalicə olunmaq üçün Türkiyəyə səhra hospitalının yaradılmasına göndərilib.

Açıqlamada qeyd olunub ki, Daşkənddən Qaziantepə uçan təyyarədə tam təchiz olunmuş səhra xəstəxanası üçün lazım olan avadanlıqlar, həmçinin tibbi dərman və materiallardan ibarət humanitar yardımlar olub.

Özbəkistan hökuməti daha əvvəl 100 nəfərlik xilasetmə qrupu ilə humanitar yardım göndərib.