Özünü “qazi” kimi təqdim edib Ülviyyəni aldatdı – Videobackend

Özünü “qazi” kimi təqdim edib Ülviyyəni aldatdı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktrisa Ülviyyə Əliyeva “qazi” adıyla onu aldadan ailədən bəhs edib.

İnterpress.az xəbər verir ki, TikTok-da canlı yayıma girən sənətçi ona yardım üçün yazanlara əsəbiləşib. O bildirib ki, bir dəfə yardım apardığı evdə dələduzluqla qarşılaşıb:

“Maaşımdan qalan son pulumla bazarlıq edib həmin ailənin evinə getdim. Gördüm ki, yeni tikili binada qalırlar. Düşündüm ki, yəqin kirayədər. İçəri girdim ki, qəşəng təmirli ev, özlərinindir, uşaqları da yaxşı geyinib. Soyuducuları da doludur. Məndən əvvəl də başqaları bunlara bazarlıq edib gətirib. Mən 3 yerdə işləyir, ailə dolandırıram. Üç ailənin yükü çiynimdədir. Həyat yoldaşım, xərçəng xəstəsi olan qohumuma yardım edirəm. Niyə insanlarla belə edirsiz? Əsl köməyə ehtiyacı olan belə etmir. TikTok-da oturmaqdan gedin mmənim kimi 3 yerdə işləyin. Müğənni deyiləm ki, toya gedim. Dövlətdən maaş alıram. Evimin içindən xəbərin var? Bizim gərək “həci”lərimiz olsun?”.

Ülviyyə daha sonra fikirlərinin yanlış anlaşıldığını deyərək, məsələyə aydınlıq gətirib:

“Açıqlamanı verdim, sona qədər baxmayıblar. Qazi adıyla məndən kömək istədilər. Sən demə, heç qazi deyilmiş. Bu addan insanlardan istifadə edib. Məndən əvvəl də ora bazarlıqlar gəlib və məndən sonra da insanları 2qazi” adıyla aldadıb. Sözümdən elə çıxarıblar ki, guya, qazi yeni tikili binada qala bilməz. Söhbət qazidən yox, bu addan istifadə edən şəxsdən gedir”. (axsam.az)