Pakistanda ümummilli elektrik enerjisinin kəsilməsi 220 milyona yaxın insanı işıqsız qoyub.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Ölkədə yanacaq böhranı davam edir.
Sistemə texniki xidmət işləri sürətlə davam edir. Ölkənin müxtəlif bölgələrində elektrik enerjisinin bərpası istiqamətində işlər aparılır.