Pakistanın Pəncab əyalətində avtobusun törətdiyi yol qəzasında 15 nəfər ölüb, 64 nəfər yaralanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadənj xəbər verir.
Geo News televiziyasında yayılan xəbərə görə, İslamabaddan Lahora gedən avtobus qarşı zolağa keçərək üç avtomobilə çırpılıb.
Pakistanda qeyri-adekvat yol infrastrukturu və qaydalara əməl edilməməsi səbəbindən ölümlə nəticələnən yol qəzaları tez-tez baş verir.
Xatırladaq ki, fevralın 2-də Gilgit Baltistan bölgəsində avtobus və minik avtomobilinin toqquşması nəticəsində 25 nəfər həlak olub.