Pakistanın Pəncab şəhərində yerləşən Qucrat rayon həbsxanasında məhbuslarla mühafizəçilər arasında toqquşma olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Əraziyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.
Kameraları yandıran məhbuslardan bəziləri həbsxananın damına çıxıb.
Qarşıdurmada çoxlu məhbus, polis və mühafizəçi yaralanıb.
Ölənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur.