Parisdə Paşinyanın kortejinə hücum edildi – VİDEObackend

Parisdə Paşinyanın kortejinə hücum edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransada yaşayan ermənilər ötən gün Parisdə Ermənistan səfirliyi qarşısında aksiya keçirərək Paşinyanın ünvanına ağır sözlər deyiblər.

“Satqın”, “Siyasi əxlaqsız” və bu tipli təhqiramiz ifadələr işlədən etirazçılara Fransa polisi müdaxilə etməyib.

Bundan əlavə, Nikol Paşinyanın kortejinə hücum edən etirazçılar avtomobillərin hərəkətinə mane olmağa çalışıblar. Hücum zamanı Ermənistan rəhbərinin xidməti avtomobillərindən birinin güzgüsü sındırılıb.

Qeyd edək ki, Paşinyanın Fransaya səfəri Ermənistanda da birmənalı qarşılanmayıb. Bəzi ekspertlər hesab edir ki, Paşinyan ad gününü Parisdə keçirmək üçün rəsmi səfərini məhz iyun ayının 1-nə salıb.

 

İnterpress.az