Ölkə gündəmində iqtidarlı-müxalifətli siyasi baxışları ilə fərqli olan hər kəs “5-ci kalon”u tamlıqla ifşa etməyə, sıradan çıxartmağa səfərbər olduğu bir dövrdə mənə bəzi şəxslərin susması çox təəccüblü və düşündürücü gəlir…
İnterpress.az xəbər verir ki, bu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.
O bildirib ki, istər Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin, istər şeyxin yaxın çevrəsinə daxil olan və parlamentdə əyləşdirilmiş millət vəkili olan qardaşı Cavanşir Paşazadənin, istərsə də Allahşükür Paşazadənin deputat kürəkəni olan Əliabbas Salahzadənin susqunluğu anlaşılmazdır. Bu susqunluğun arxasında nə dayanır? Olmaya Ramiz Mehdiyevdən qorxursunuz? Olmaya eyni mərkəzə xidmət edirsiniz?! Olmaya eyni ələ oynayırsınız?…
Hər halda AST Telmanın doğum günlərində Rusiyanın siyasi elitası ilə həmrəy və həmxasiyyət olan, tostlar (sağlıqlar) deyən şəxslərdən nə desəz gözləmək olar… Heç şübhəsiz ki, bu susqunluğun məntiqli bir cavabı vardır… Buradan Allahşükür Paşazadəyə, Cavanşir Paşazadəyə və Əliabbas Salahzadəyə sual edirəm: Susqunluğunuzun səbəbi nədir?!
Olmaya siz başqa dövlətin təmsilçilərisiniz?…