Paşinyan Almaniyadakı səfirə qəzəblidir və onu geri çağıra bilər – “Past”backend

Paşinyan Almaniyadakı səfirə qəzəblidir və onu geri çağıra bilər – “Past”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan Almaniyadakı səfirə qəzəblidir və onu geri çağıra bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Past” qəzeti öz mənbələrinə istinadən yazıb.

Ermənistan baş naziri Nikol Paşinyan Almaniyadakı səfir Viktor Yengibaryana qəzəblidir və tezliklə onu geri çağıra bilər.

Qəzetin yazdığına görə, Paşinyan Münhendə erməni icması ilə görüşdə təmsilçiliyin həddindən artıq aşağı səviyyədə olmasından narazıdır.

Nəşrin qeyd etdiyi kimi, bu görüşdə diaspor strukturlarının və ya erməni kilsəsinin yerli yeparxiyasının bir dənə də olsun nümayəndəsi iştirak etməyib.

Nəşr qeyd edir ki, “erməni icmasından nüfuzlu şəxslərin olmaması baş naziri hiddətləndirib”.

Xuraman Etibarlı

İnterpress.az