Paşinyan İrəvandakı azərbaycanlı deputatlara gücləndirilmiş mühafizə ayırdıbackend

Paşinyan İrəvandakı azərbaycanlı deputatlara gücləndirilmiş mühafizə ayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası başlayıb.

İnterpress.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov toplantıda iştirak edirlər.

Ermənistan mətbuatı yazır ki, azərbaycanlı deputatlar gücləndirilmiş mühafizənin müşayiəti ilə tədbirin keçirildiyi İrəvan İdman-Konsert Kompleksinə gəliblər.

Deputatlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.