“Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək” – Erməni mediasıbackend

“Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək” – Erməni mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək”.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12.00-da baş tutacaq və Paşinyan hazırda getməməyə qərar verib.

“Rusiyada keçirilən prezident seçkilərindən sonra gündəmdə olan məsələlərdən biri də Nikol Paşinyanın mərasimdə iştirak etmək üçün Rusiyaya gedib-getməyəcəyi olub. Media mənbələri iddia edir ki, Ermənistan hakimiyyəti hazırda getməməyə qərar verib. Ermənistan mahiyyətcə, bir daha göstərmək istəyir ki, müttəfiq kimi Rusiyadan narazıdır”, – media yazıb.

Mənbənin məlumatına görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi Birliyinin 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq. Ancaq Paşinyan mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək: bu, artıq Qərbin tələbidir.

Ermənistan mediası hökumətin mətbuat xidmətindəki məlumatın düzgünlüyünə aydınlıq gətirməyə çalışıb və orada bildiriblər:

“Biz baş nazirin bütün səfərləri ilə bağlı lazımi məlumatları operativ şəkildə təqdim edirik”.

Xuraman Etibarlı

İnterpress.az