Pentaqon rəsmisi: “ABŞ Polşada qüvvələr balansını dəyişməyəcək”backend

Pentaqon rəsmisi: “ABŞ Polşada qüvvələr balansını dəyişməyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyəti ölkənin şərqinə raket düşməsi fonunda Polşadakı Amerika qüvvələrinin və aktivlərinin balansını heç bir şəkildə dəyişmək niyyətində deyil.

Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq keçirdiyi mətbuat konfransında bildirib.

“Bildiyiniz kimi, ABŞ müdafiə naziri bu həftənin əvvəlində polşalı həmkarı ilə danışıb. Nazir dünən Ukrayna üzrə təmas qrupunun görüşündən sonra da açıq şəkildə bildirdi ki, biz bu araşdırmada Polşaya dəstək verməyi təklif etmişik. Amma qüvvələrin düzülüşü, hərəkəti və sair baxımından heç nə dəyişməyib”-deyə, o bildirib.

Pentaqon rəsmisi əlavə edib ki, Amerika Birləşmiş Ştatları Tehran rəsmilərinin dediyi kimi, İranın həqiqətən hipersəs silahları hazırladığına şübhə ilə yanaşır.