Peruda baş verən toqquşmalarda 10 nəfər ölübbackend

Peruda baş verən toqquşmalarda 10 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perunun Ayakuço şəhərində etirazçılarla polis arasında baş verən toqquşmalarda 10 nəfər həlak olub, 60-dan çox adam yaralanıb.

Bu barədə regional səhiyyə idarəsi məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan 72 nəfərdən 10-u ölüb, 54 nəfər tibb müəssisələrindən evə buraxılıb, 8 nəfər isə xəstəxanalarda müalicə alır.

Xatırladaq ki, dekabrın 7-də Pedro Kastilyonun prezidentlikdən uzaqlaşdırılmasından sonra Peruda genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiya iştirakçıları yolları bağlayıb, hava limanlarını zəbt edirlər, hakimiyyət və hüquq-mühafizə orqanlarının binalarına basqın edirlər.