Rusiya “xüsusi hərbi əməliyyatı” qələbəyə qədər davam etdirəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Dmitri Peskov deyib ki, Kiyevin “təcavüzkar” bəyanatları fonunda Rusiya “xüsusi hərbi əməliyyatı” (SVO) öz məqsədlərinə çatana – qələbəyə qədər davam etdirəcək.
Rəsmi Moskva bəyan edib ki, Ukrayna rəhbərliyinin ritorikası danışıqlar prosesi üçün münbit şərait yaratmır.
Xuraman Etibarlı
İnterpress.az






