Peyvənd olunanların sayı açıqlanıbbackend

Peyvənd olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son bir gündə koronavirus (COVID-19) əleyhinə 23 095 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 281, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 548, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 19 049, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 217 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 159 751, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 308 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 795 324, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 842 065, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 213 590 nəfər təşkil edir.