Amerikanın əczaçılıq şirkəti Pfizer Rusiyaya planlaşdırdığı investisiyaları dayandıracaq, lakin ölkəyə dərman tədarükünü davam etdirəcək.
İnterpress.az xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi dərc olunmuş press-relizində deyilir.
“Dərmanlarımızın Rusiyaya tədarükünü könüllü olaraq dayandırmaq bizim prinsipimizi pozmuş olar. Xərçəng və ya ürək-damar xəstəlikləri də daxil olmaqla, dərmanların tədarükünün dayandırılması, xəstələrin əhəmiyyətli dərəcədə əziyyət çəkməsinə və potensial həyat itkisinə səbəb olar, xüsusən də xətə uşaqlar və qocalar arasında” , – press-relizdə deyilir.
Eyni zamanda şirkət bildirib ki, tədarükün saxlanması onun Rusiyada həmişəki kimi fəaliyyətini davam etdirəcəyi anlamına gəlmir.
“Pfizer Rusiyada heç bir istehsal sahəsinə sahib olmasa və ya idarə etməsə də, biz ölkədə istehsal gücünü artırmaq üçün yerli təchizatçılarla planlaşdırılan bütün investisiyaları dayandıracağıq”, – deyə məlumatda bildirilir.