Politoloq: “Sualların cavabı Putin, Zelenski və Baydendədir”backend

Politoloq: “Sualların cavabı Putin, Zelenski və Baydendədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər gün sivil Ukrayna xalqının və ölkənin infrastrukturunun dağıdılmasının şahidi oluruq. Müharibə başlayan gündən real vəziyyətdən və emosionallığı kənara qoya bilən analitiklər, o cümlədən mən Qərbin Ukraynaya lazımi və vacib dəstəyini etməyəcəyini yazırdıq”.

Bu sözləri İnterpress.az-a açıqlamasında politoloq Gülsel Səfərova deyib.

Onun sözlərinə görə, belə də oldu və olmaqda davam edir: “Maraqlıdır, görəsən Zelenski bu qədərmi aldanıb? Biz bilirdik, amma o bilmədimi? Suallar məni müharibə barədə başqa versiyaya gətirib çıxardır. Zelenski məxfi sənədlərə, eləcə də kəşfiyyat məlumatlarının dərinliklərinə bələddir, biz yox. ABŞ və Rusiya tarixən hər zaman öz maraqları naminə ölkəni məhv ediblər. Bəs Ukrayna bunu bilmirdimi? Gördüyümüz səhnədə oyunçulardır. Müharibənin 15-ci günündə əvvəldən dəqiq ssenarinin olduğu qənaətindəyəm”.

Politoloq bildirib ki, hələ yanvarda Qazaxıstandan baş verən hadisələr fonunda Qərb mətbuatının gündəmini Ukrayna zəbt etmişdi: “Müharibənin ola bilməsi barədə yazılar dərc olunurdu. İndi gördüyümüz vəziyyət – Qərbin sanksiyalarının ardıcıllığı, Rusiyanın hücum taktikalarının davamiyyəti. Hər gün eyni, heç nə dəyişmir. Arada olan informasiya yalan maşınını isə Rusiya elə özü idarə edir. Onlar bu sahədə ABŞ-a da dərs keçərlər.  Zelenski deyib ki, Ukraynanı elə bir formada dəstəkləyin ki, təhlükəsizliyimiz təmin olunsun. “Bu da edilmədi. İndi işğal altındayıq”. Təhlükəsizliyinin qarantını almadan Rusiyaya meydan oxumaq heç Qərbin də cürəti çatmadı. Suallar çoxdur. Cavablar isə Putin, Zelenski və Baydendədir. Müharibədən çox, yazılmış ssenari üzrə əməlliyyata bənzəyir. Qurbanlar isə sadə Ukrayna vətəndaşlarıdır. Bədəl onlardır”.