Polşada koronavirusa gündəlik yoluxmada rekord qeydə alınıbbackend

Polşada koronavirusa gündəlik yoluxmada rekord qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada ötən 24 saat ərzində 27 143 nəfər COVID-19 virusuna yoluxub ki, bu da gündəlik yoluxma sayının ən yüksək rəqəmidir.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Həmçinin 367 ölüm hadisəsi qeydə alınıb. O cümlədən 69 nəfər bilavasitə koronavirusdan, qalanları da yanaşı xəstəliklərdən dünyalarını dəyişiblər.

Bütövlükdə isə Polşada indiyədək 466 679 nəfər koronavirusa yoluxub ki, bunlardan 6 842 nəfər ölüb, 177,7 minə yaxını isə sağalıb. Ötən gün ölkənin baş naziri Mateuş Moravieçki tərəfindən açıqlanan yeni məhdudlaşdırıcı tədbirlər çərçivəsində şənbə günündən teatr, kinoteatr və muzeylər bağlanır. Həmçinin incəsənət qalereyaları və bir çox ticarət mərkəzləri fəaliyyətini dayandırır.

İnterpress.az