“Porsche” rəhbəri yeni doğulmuş qızını karyerasını korlayacağından qorxaraq pəncərədən atıb.
interpress.az xəbər verir ki, Porsche-nin hüquq departamentinin rəhbəri, 28 yaşlı Katarina Yovanoviç evdə gizli şəkildə uşaq dünyaya gətirib və onu öldürmək qərarına gəlib.
Bundan sonra “ana” dəhşətli əmələ əl atıb. O, nüfuzlu şirkətdə karyerasını korlamamaq üçün 10 aylıq qızını pəncərədən atıb.
Onun ifadəsinə görə, “körpəni təsadüfən mənzilinin pəncərəsindən dörd metr hündürlükdən yerə atıb”. Körpənin kəllə sümüyünün sınığı olan cəsədi qorxudan yoldan keçənlər tərəfindən aşkar edilib və polis çağırılıb.
Prokurorların sözlərinə görə, hadisə qadının analığın Porsche-dəki karyerasına zərər verəcəyi qorxusundan qaynaqlanır. Öz növbəsində Yovanoviçin vəkilləri onun “hamilə olduğunu belə bilmədiyini” və hadisənin təsadüfən baş verdiyini bildiriblər.
Qadının karyerası doğrudan da məhv olub. O, qəsdən adam öldürməkdə təqsirli bilinib və 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
Xuraman Etibarlı
İnterpress.az