Prokurorluq İstanbuldakı terrorla bağlı 17 şübhəlinin həbsini tələb edibbackend

Prokurorluq İstanbuldakı terrorla bağlı 17 şübhəlinin həbsini tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prokurorluğu İstanbul şəhərindəki Taksim meydanında baş verən terror aktı ilə bağlı 17 şübhəlinin dindirilməsini başa çatdırıb və onların həbsini tələb edib.

Məlumatı “TRT Haber” yayıb.

Qeyd olunub ki, həbs edilməsi istənilən şəxslər arasında terror aktını törədən Ahlam Albashır da var.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Terror aktını törətməkdə şübhəli bilinən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib. Türkiyənin daxili işlər naziri Süleyman Soylu terror aktı ilə bağlı ABŞ-ın başsağlığını qəbul etmədiklərini açıqlamışdı.