Putin orduya yenidən hücuma keçmək əmri veribbackend

Putin orduya yenidən hücuma keçmək əmri verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya müdaxiləsinin üçüncü günündə gərginlik yenidən artıb. Kreml və Ukraynanın mümkün danışıqlarla bağlı ziddiyyətli bəyanatlarından sonra Rusiyadan yeni açıqlama gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi Kiyevin danışıqlardan imtina etməsini iddia edərək qoşunlara bütün istiqamətlərdə hücum əmri verildiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Cümə günü orduya dayanma əmri verən Rusiya lideri Putin danışıqlardan heç bir nəticə vermədikdən sonra “total hücum” əmri verib.

Ekspertlər bunu Rusiyanın Ukraynada çarəsiz vəziyyətə düşməsi ilə bağlayırlar. Putin 3 gün ərzində ciddi nəticə əldə edilə bilməməsini guya indiyədək ordunun tam hücuma keçməməsi ilə bağlamaq istəyir.