“İndi sanksiya təzyiqi kompleks xarakter daşıyır və Rusiya üçün müəyyən problemlər yaradır, lakin biz əvvəlki illərdə çətinlikləri dəf etdiyimiz kimi, indi də onların öhdəsindən gələcəyik. Biz bu dövrü keçməliyik”.
İnterpress.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Rusiya lideri qeyd edib ki, Rusiya iqtisadiyyatı yeni vəziyyətə uyğunlaşır: “Biz bütün sahələrdə idxalın əvəzlənməsini davam etdirəcəyik. Əminəm ki, hökumət üzvlərinin, aparıcı şirkətlərimizin sayəsində biz bütün çətinliklərin öhdəsindən gələcəyik”.