Putin Turçakı Altay Respublikasının başçısı TƏYİN ETDİ – FOTObackend

Putin Turçakı Altay Respublikasının başçısı TƏYİN ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin Andrey Turçakı Altay Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən təyin edib

İnterpress.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Andrey Turçakın Altay Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edilməsi haqqında sərəncam imzalayıb.

Müvafiq sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Sərəncamda bildirilir ki, prezident öz xahişi ilə Altay Respublikasının rəhbəri Oleq Xoroxordinin istefasını qəbul edib.

“Andrey Anatolyeviç Turçak Altay Respublikasının başçısı vəzifəsinə seçilmiş şəxs vəzifəyə başlayana qədər Altay Respublikasının müvəqqəti başçısı vəzifəsini icra edən təyin edilsin”, – sənəddə deyilir.

Çərşənbə axşamı günü səhər saatlarında Xoroxordin başqa işə keçməsi ilə əlaqədar bölgə rəhbəri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az