Rusiya Prezidenti Vladimir Putinlə Belarusun dövlət başçısı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
İnterpress.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Lakin o, dövlət başçılarının hansı məsələləri müzakirə etdiyini açıqlamayıb.