“Qalib gəlsə, Baqrat Srbazan bir il Ermənistanın baş naziri olacaq” – Erməni mediasıbackend

“Qalib gəlsə, Baqrat Srbazan bir il Ermənistanın baş naziri olacaq” – Erməni mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qalib gəlsə, Baqrat Srbazan bir il baş nazir olacaq.

İnterpress.az xəbər verir ki, bunu erməni mediası yazıb.

Jurnalistlər Srbazan Baqratın mayın 18-də siyasi qüvvələrlə görüşünün təfərrüatlarından xəbərdar olublar. Burada Baqrat Qalstanyan siyasi planının bir neçə əsas müddəasını səsləndirib:

– Nikol Paşinyan və hökuməti istefa verdikdən sonra müvəqqəti kabinet formalaşdırılmalıdır;
– o, yalnız qeyri-partiyalı mütəxəssisləri əhatə edəcək;
– müvəqqəti hökumətin müddəti 1 il olacaq, bundan sonra yeni parlament seçkiləri keçiriləcək;
– müvəqqəti baş nazir yeni seçkilərdə iştirak edə bilməyəcək.

Jurnalistlər belə qənaətə gəliblər ki, Srbazan müvəqqəti baş nazir olarsa, bir il ərzində “Paşinyanın baş nazir olduğu altı il ərzində məhv etdiyi hər şeyi bərpa etməyə başlayacaq”.

Xuraman Etibarlı

İnterpress.az