Qanada daşqınlar nəticəsində yüzlərlə insan didərgin düşübbackend

Qanada daşqınlar nəticəsində yüzlərlə insan didərgin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qananın Böyük Akra bölgəsindəki Dawhenya bölgəsində leysan yağışlar səbəbiylə suvarma bəndinin daşması nəticəsində meydana gələn seldə yüzlərlə insan evlərini tərk edib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Böyük Akra bölgəsindəki Dawhenya bölgəsində suvarma bəndinin daşmasının selə səbəb olduğu ifadə edilib.

Xəbərdə sel nəticəsində yüzlərlə insanın məcburi köçkün olduğu, 600-dən çox evin su altında qaldığı bildirilib.

Ninqo Prampramın müavini Sem Corc açıqlamasında bölgədə təxliyə işlərinə başlanıldığını bildirib.