“Qarabağ erməniləri arasında da hakimiyyət davası böyüyəcək”backend

“Qarabağ erməniləri arasında da hakimiyyət davası böyüyəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam Vardanyan- Arutunyan- Paşinyan arasında münaqişənin açıq fazaya keçirilməməsi qərara alındı.

İnterpress.az xəbər verir ki, bunu “Bakı Politoloqlar Klubunun” sədri, siyasi şərhçi Zaur Məmmədov bildirib.

“Lakin, bu gerçəkliyi dəyişmir. Son 4 gündə Vardanyanın teleqram kanalları Arutunyanın imicinə zərbə vurmaq üçün əllərindən gələni etdilər. Dünən dayanmaq qərarına gəlsələr də, əslində hər şey hələ indi başlayır. Ermənistanda olduğu kimi, Qarabağ erməniləri arasında da hakimiyyət davası böyüyəcək. Ən çətin vəziyyətdə isə, bu gedişlə Paşinyan qala bilər. Həm hakimiyyəti üçün, həm Azərbaycanla danışıqlarda ciddi pressinq qarşısında qalacaq. Bu arada, rəsmi Bakı Vardanyanla bağlı qəti mövqeyini aidiyyatı beynəlxalq subyektlərə çatdırıb”, – o deyib.