Qarabağ” “Kayrat”la oyunu qələbə ilə başa vurdu – YENİLƏNİBbackend

Qarabağ” “Kayrat”la oyunu qələbə ilə başa vurdu – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda növbəti qol vurulub.

 

Modern.az xəbər verir ki, 90+1-ci dəqiqədə Ağdam təmsilçisi hesabı öz xeyirinə dəyişib – 2:1.

 

Komandanın heyətində Abbas Hüseynovun zərbəsi dəqiq alınıb.

 

***

“Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda ikinci qol vurulub.

 

Modern.az-ın məlumatına görə, 79-cu dəqiqədə Ağdam təmsilçisi hesabı bərabərləşdirib.

 

Komandamızın heyətində Ramil Şeydayev tarazlığı bərpa edib.

 

***

Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, görüşdəki ilk qolu qonaqlar vurub.

 

19-cu dəqiqədə Joze Kante fərqlənib

***

20:45

“Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunu start götürüb.

 

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də başlayıb.

 

Görüşü ukraynalı FIFA referisi Yevgeni Aranovskinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.