“Laçın-Xankəndi yolundakı aksiyanın bir ayı tamam oldu”.
İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.
“Bu müddətdə tələblər yerinə yetirilməsə də, Qarabağda vəziyyət dəyişdi və yeni situasiya yarandı: ən əsası da Bakı faktiki olaraq dəhlizə nəzarəti bu yolla ələ alıb və böyük ehtimalla Laçın yolunda 12 dekabr 2022-ci tarixindən əvvəlki vəziyyət daha olmayacaq”, – o əlavə edib.
Qeyd edək ki, Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolda azərbaycanlı fəalların etiraz aksiyası artıq otuzikinci gündür ki, davam edir. Ötən ilin dekabrın 12-si səhər saatlarından başlayan aksiya hazırda davam etdirilir.