Qarabağın bərpasına xərclənən vəsait açıqlandıbackend

Qarabağın bərpasına xərclənən vəsait açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2021-ci il üçün Azərbaycanın dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan 2,835 mlrd. manat vəsaitin cari ilin 6 ayı ərzində 2,612 mlrd. manatı layihələr üzrə bölüşdürülüb və 223,2 mln. manatı ehtiyatda saxlanılıb.
Moderator.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, ilin I yarısında sifarişçi təşkilatlar tərəfindən həmin layihələr üzrə təqdim etdikləri məxaric sifarişləri ilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin cəmi 32%-i və ya 907,1 mln. manatı istifadə olunub. İstifadə olunmuş vəsait bölüşdürülmüş dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 34,7%-ni təşkil edir.
Nazirliyin məlumatında qeyd olunur ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərinin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 2,2 mlrd. manatın ilin ilk yarısında 16,9%-i və ya 372,1 mln. manatı artıq istifadə olunub.