İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin dəfn olunduğu Kerman şəhəri qəbiristanlığına gedən Golzar Şahadai yolunda iki partlayış baş verib.
İnterpress.az xəbər verir ki, məlumatı “Tasnim” yayıb.
Hadisə Qasim Süleymaninin öldürülməsinin ildönümünün qeyd olunduğu vaxt baş verib. İlkin məlumata əsasən, 20 nəfər ölüb, 15 nəfər yaralanıb.
Partlayışın səbəbi hələ ki məlum deyil.
Qeyd edək ki, Qasim Süleymani 2020-ci il yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilib. Sepah-ın Qüds qolu xarici ölkələrdə əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Bu qoşun xarici ölkələrdə müxtəlif adlar altında fəaliyyət göstərir, habelə, İran hakimiyyətinin siyasi-ideoloji düşüncəsini yayaraq bu istiqamətdə təşkilatlar yaratmaqla məşğuldur. Qüds qolu həm də İraq, Suriya, Yəmən və s. yerlədə ABŞ, İsrail və NATO-ya qarşı müxtəlif hücumlar təşkil edir.