Qazaxıstan bu ay Almaniyaya ilk olaraq 20 min ton neft göndərməyi planlaşdırırbackend

Qazaxıstan bu ay Almaniyaya ilk olaraq 20 min ton neft göndərməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan yanvarda Almaniyaya ilk olaraq 20 min ton neft göndərməyi planlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Bolat Akçulakov danışıb.

“Hazırda birinci partiya 20 min tondur, hələlik 1,5 milyon tonadək nəzərdə tutulur. 6 milyon tona qədər tələb olunan ümumi tutumu tədarük edə bilərik. Tələbat, sözsüz ki, Almaniyada daha yüksəkdir”, – B. Akçulakov yanvarda Almaniyaya neft tədarükü ilə bağlı sualı cavablandırarkən açıqlayıb.

Xatırladaq ki, ötən ilin dekabrında “KazTransOil” 2023-cü ildə 1,2 milyon ton Qazaxıstan neftinin “Transneft”in magistral kəmərlər sistemi ilə Almaniyaya nəqli üçün müraciət göndərib.