Qazaxıstan deputatları birinci prezident haqqında qanunun ləğvi məsələsinə baxacaqlarbackend

Qazaxıstan deputatları birinci prezident haqqında qanunun ləğvi məsələsinə baxacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatları çərşənbə günü plenar iclasda respublikanın ilk prezidenti – Elbası (millət lideri) Nursultan Nazarbayev haqqında qanunun ləğvi məsələsinə baxacaqlar.

Bu barədə palatanın mətbuat xidməti tərəfindən yayılan Milli Məclisin plenar iclasının gündəliyində qeyd olunub.

“Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında” Qazaxıstan Respublikasının konstitusiya qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında” Qazaxıstan Respublikasının konstitusiya qanununun layihəsinin baxılmağa qəbul edilməsi haqqında”, – Məclisin plenar iclasının gündəliyinin birinci bəndində bildirilib.