Qazaxıstan “Qazprom”a qarşı 1,4 milyard dollarlıq tələbi RƏDD ETDİbackend

Qazaxıstan “Qazprom”a qarşı 1,4 milyard dollarlıq tələbi RƏDD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan “Qazprom”dan “Naftoqaz”ın xeyrinə 1,4 milyard dollar tutmaqdan imtina edib.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Ədliyyə Nazirliyi məlumat yayıb.

Qazaxıstan hökuməti “Qazprom” şirkətinə qarşı “Naftoqaz”ın xeyrinə 1,4 milyard dollar (təxminən 2 380 000 000 manat) məbləğində vəsaitin tutulması ilə bağlı tələbi rədd edib.

Ədliyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, sözügedən mübahisə Qazaxıstanın yurisdiksiyası ilə bağlı deyil.

Qurumun mövqeyinə görə, “Qazprom” Beynəlxalq Maliyyə Mərkəzinin (MİFCA) iştirakçısı deyil, müqavilə bu mərkəzdə bağlanmayıb və tərəflər işin baxılması üçün bu məhkəməyə müraciət etməyiblər.

Bu səbəbdən, Beynəlxalq Maliyyə Mərkəzinin (MİFCA) qərarının Qazaxıstan ərazisində icra edilməyəcəyi vurğulanıb.

Rəsmi Astana bu qərarı ilə beynəlxalq hüquqi çərçivələrə və məhkəmənin səlahiyyət dairəsinə uyğun davrandığını nümayiş etdirib.

Xuraman Etibarlı

İnterpress.az