Qazaxıstan Rusiyaya qarşı sanksiyalara kor-koranə ƏMƏL ETMƏYƏCƏKbackend

Qazaxıstan Rusiyaya qarşı sanksiyalara kor-koranə ƏMƏL ETMƏYƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Rusiya Federasiyasına qarşı sanksiyalara kor-koranə əməl etməyəcək.

interpress.az xəbər verir ki, bu barədə Qazaxıstanın baş nazirinin müavini Serik Jumanqarin Bloomberg-ə müsahibəsində bildirib.

“Qazaxıstan ilk növbədə öz iqtisadi maraqlarını nəzərə alacaq, eyni zamanda İran və Çin kimi ölkələrlə ticarət əlaqələrini gücləndirəcək. Ölkə öz regionlarında əsas işəgötürən olan yerli şirkətlərə təsir edərsə, sanksiyalara kor-koranə əməl etməyəcək”, – Jumanqarin bildirib.

O qeyd edib ki, Rusiyanın mallara çıxışını məhdudlaşdırmağa yönəlmiş bəzi tədbirlər Qazaxıstana qeyri-mütənasib zərər vurub.

Eyni zamanda, o vurğulayıb ki, Astana Qərbin birbaşa məhdudiyyətlərinə tab gətirməyəcəyi üçün əksər sanksiya məhdudiyyətlərinə əməl etməyə davam edəcək.

Xuraman Etibarlı

İnterpress.az