Qazaxıstan Türkiyəyə 1 milyon dollar təcili yardım edəcəkbackend

Qazaxıstan Türkiyəyə 1 milyon dollar təcili yardım edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan zəlzələlər səbəbindən Türkiyəyə təcili yardım göstərmək üçün 1 milyon dollar ayırmağa qərar verib.

Bu barədə İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir.

Qazaxıstan Rəyasət Heyətindən verilən açıqlamada, prezident Kasım Cömert Tokayevin hökumətə Türkiyəyə 1 milyon dollar təcili yardım ayrılması barədə göstəriş verdiyi bildirilib.

“Həmçinin Qazaxıstanın səlahiyyətli qurumları Türkiyə tərəfi ilə birlikdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün əlavə yardımın göstərilməsi məsələsini nəzərdən keçirir”, – məlumatda deyilir.