Qazaxıstan və Fransa əməkdaşlığın inkişafına dair bir sıra sənədlər imzalayıblarbackend

Qazaxıstan və Fransa əməkdaşlığın inkişafına dair bir sıra sənədlər imzalayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan və Fransa strateji əhəmiyyət kəsb edən mineral ehtiyatlarla bağlı əməkdaşlıq haqqında bəyannamə imzalayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti onun Fransanın dövlət başçısı Emmanuel Makronla görüşündən sonra məlumat yayıb.

“Biz “Boehringer Ingelheim”, “Total Energies” və “Alstom” ilə də razılaşmalar əldə etmişik”, – deyən Qazaxıstan Prezidenti bunun üçün xüsusi işçi qrupunun yaradılmasını təklif etdiyini bildirib.

Danışıqlar zamanı tərəflər ticarət, iqtisadiyyat və investisiya sahələrində qarşılıqlı fəaliyyətin əhatə dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetiriblər.

Bundan başqa, bu ölkələrin liderləri Qazaxıstanda beynəlxalq (fransız) məktəblərin yaradılması və respublikanın orta təhsil müəssisələrində fransız dilinin tədrisi; ümumi gücü 1 giqavat olan külək elektrik stansiyalarının tikintisi layihəsi üzrə birgə müəssisə haqqında saziş imzalayıblar.