Qazaxıstanda 2,7 mindən çox cinayət işi açılıbbackend

Qazaxıstanda 2,7 mindən çox cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan hüquq-mühafizə orqanları ölkədə baş vermiş iğtişaşlardan sonra 2700-dən çox cinayət işini araşdırır.

İnterpress.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun Birinci Xidmətinin rəis müavini Yeldos Qılımjanov bildirib.

“Fevralın 4-nə olan məlumata görə, istintaq-əməliyyat qrupları tərəfindən 2 750 cinayət işinə baxılır. Bu işlərdə şübhəli bilinən 802 nəfər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”, – Qılımjanov bildirib.(report)