Qazaxıstanın üç vilayətinin sakinlərinə antiterror təlimləri ilə bağlı xəbərdarlıq edilib.
İnterpress.az qazax mediasına istinadla xəbər verir ki, bu barədə Antiterror Mərkəzinin bəyanatında bildirilib.
Aprelin 29-dan 30-dək Qazaxıstanın Qaraqanda, Jezkazqan və Taraz şəhərlərində antiterror təlimləri keçirilir.
“Vətəndaşları davam edən təlimləri, əhalinin və nəqliyyat vasitələrinin hərəkətində mümkün müvəqqəti məhdudiyyətləri başa düşməyə, təhlükəsizlik tədbirlərinə riayət etməyə və dövlət rəsmilərinin qanuni tələblərinə əməl etməyə çağırırıq”, – Antiterror Mərkəzinin bəyanatında deyilir.
Xuraman Etibarlı
İnterpress.az