Qazaxıstanda davam edən gərginlik: “Rusiya müvəqqəti üstünlük əldə edə bilər”backend

Qazaxıstanda davam edən gərginlik: “Rusiya müvəqqəti üstünlük əldə edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkənin əvvəlki vəziyyətinə qayıtması inandırıcı görünmür”.

Bunu Qazaxıstanda baş verən proseslərə Türkdilli Dövlətlər Təşkilatı və onun üzvlərinin nümayiş etdirdiyi mövqeni dəyərləndirən politoloq Samir Hümbətov İnterpress.az-a açıqlamasında deyib.

Politoloq qeyd edib ki, Türkiyə və Azərbaycan prezidentləri bu məsələdə digər üzv dövlətlərlə danışıqları davam etdirir:

“Firkimcə, ilk mərhələdə Türkiyə ancaq telefon diplomatiyası ilə kifayətlənəcək. Amma ikinci mərhələdə ciddi mövqe ortaya qoyması gözləniləndir. Eyni zamanda Türkiyə yaxşı başa düşür ki, Rusiya Qazaxıstanda müvəqqəti üstünlük əldə edə bilər, amma sonuna kimi orada dayanmasının özü belə sual altındadır. Hətta hesab etmək olar ki, Tokayevlə ciddi əlaqə qurmamağın digər önəmli səbəblərindən biri də onun əlinin xalqın qanına batması ola bilər. Qazaxıstandakı proseslər uzun müddət gərginliklə müşahidə edilə bilər və ölkənin yenidən əvvəlki vəziyyətinə qayıtması da o dərəcədə inandırıcı görünmür”.

Gülşən