Qazaxıstanda Əfqanıstan ssenarisi: “Kreml ağır nəticələrin fərqində deyil”backend

Qazaxıstanda Əfqanıstan ssenarisi: “Kreml ağır nəticələrin fərqində deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Baş verən etiraz aksiyaları heç bir halda KTMT-yə və ya Tokayevə Nizamnamənin 4-cü maddəsinin 5-ci bəndindən istifadə hüququ tanımır”.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi yardım adı altında Qazaxıstana qoşun yeritməsini dəyərləndirən politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən qərarla Kreml həm KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndini pozub, həm də Qazaxıstanda ikinci Əfqanıstan ssenarisinin yaranmasına imkan verdi:

“KTMT-dən hərbi yardımı Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayev istəsə də, bütün hallarda Kremlin buna razılıq verməsi qanunsuzdur. KTMT Nizamnaməsinin 4-cü maddəsinin 5-ci bəndinə qeyd edilir ki, ittiffaq üzvlərindən birinə kənar müdaxilə olarsa, digər üzvlər də ona hərbi yardım göstərə bilər. Hər nə qədər etirazların pərdəarxasında Rusiya olsa da, təqdim edilən görüntü qazax xalqının etiraz aksiyasıdır. Ancaq baş verən etiraz aksiyaları heç bir halda KTMT-yə və ya Tokayevə Nizamnamənin 4-cü maddəsinin 5-ci bəndindən istifadə hüququ tanımır. Qazaxıstanın ikinci Əfqanıstan ssenarisi ilə üz-üzə qalmasıdır. Kreml mövcud vəziyyətin gələcəkdə həm özü, həm də Qazaxıstan üçün doğura biləcəyi ağır nəticələrin fərqində deyil. Məsələ ondadır ki, KTMT-nin Qazaxıstana müdaxiləsi və bu ölkədə uzun müddət qalması tədricən daxildəki antirus qüvvələrin güclənməsinə gətirib çıxaracaq. Onsuz da dini radikalizmə meyilli olan qazax cəmiyyəti ruslara qarşı nifrətini radikalizm və ekstimizm formasında göstərəcək. Bu isə öz növbəsində regionda ikinci Taliban bəzəri hərəkatın yaranmasına, ikinci Əfqanıstan ssenarisinin ortaya çıxmasına gətirib çıxara bilər”.

Gülşən