Qazaxıstanda iğtişaşlar: 26 iştirakçı zərərsizləşdirildi, saxlanılanların sayı üç mini keçdibackend

Qazaxıstanda iğtişaşlar: 26 iştirakçı zərərsizləşdirildi, saxlanılanların sayı üç mini keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın hüquq-mühafizə orqanları iğtişaşların 26 iştirakçısını zərərsizləşdirib, üç mindən artıq insan saxlanılıb.

Bu barədə “Xabar-24” telekanalı Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qurumdan bildirilib ki, hadisələr zamanı 18 hüquq-mühafizə orqanı əməkdaşı ölüb, 748 polis və Milli Qvardiya hərbçisi xəsarət alıb.

Şəhər və rayon administrasiyalarına aid bütün binalar, həmçinin polis bölmələri nəzarətə götürülüb.