Qazaxıstanın Karaqandı şəhərində mənzildə təbii qazın partlaması nəticəsində 3 nəfər ölüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Hadisə şəhərin Respublika küçəsində 16 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə baş verib.
Partlayışdan sonra qaçan zaman 3-cü mərtəbədən yıxılan bir nəfər yaralanıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Mənzildən 2-si uşaq olmaqla 11 nəfər təxliyə edilib.