“Qazi və əsgər toylarını təmənnasız idarə edəcəm” – Nüşabə Musayeva tənqidlərə CAVAB VERDİbackend

“Qazi və əsgər toylarını təmənnasız idarə edəcəm” – Nüşabə Musayeva tənqidlərə CAVAB VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
"Qazi və əsgər toylarını təmənnasız idarə edəcəm" - Nüşabə Musayeva tənqidlərə CAVAB VERDİ - VİDEO/FOTOLARMüğənni Nüşabə Musayeva 26 iyun Silahlı Qüvvələr Günü əsgərlərimizə konsert verib.Konsertdən olan görüntüləri müğənni “Instagram” hesabında paylaşıb. Müğənninin əsgərlər olan səmimi münasibəti izləyicilər tərəfindən birmənalı qarşılanmayaraq geniş müzakirələrə səbəb olub. İzləyicilərin əksəriyyəti Nüşabəni bu hərəkətlərinə görə tənqid atəşinə tutublar.

Mövzu ilə bağlı Nüşabə Musayeva saytımıza açıqlama verib. O, bildirib ki, əsgərlərə konsert verməyi özünə borc bilir və onlara konsert verməkdən qürur hissi keçirir:

“Mənim əsgərlərlə səmimi münasibətimi müzakirə obyektinə çeviriblər. Onlar hamısı mənim oğlum, qardaşım yerindədir. Mənim onlar yaşında bir qız övladım var. Vətənin keşiyində duran əsgərlərimizi sevindirmək, onlara konsert vermək hər birimizin borcudur. Mən konsertdə də dedim yenə də deyirəm şəhid ailələrinin, qazi və əsgər toylarını tam təmənnasız idarə etməyə hazıram. Bu mənim borcumdur. Onlar sayəsində biz sakit, huzurlu həyat yaşayırıq. Azərbaycan əsgərinə canım fəda olsun. Onları böyüdən ananın əllərindən öpürəm”.

Qeyd edək ki, Nüşabənin əsgərlərlə ayaqyalın rəqs etməsi, onları sevindirməsi əsgər ailələri tərəfindən çox bəyənilərək yüksək qiymətləndirilib.