“Delimitasiya və Demarkasiya Komissiyasının Tavuş rayonunun kəndlərinin Azərbaycanaa verilməsi ilə bağlı qərarı olmasa da, qaytarılacaq”.
İnterpress.az xəbər verir ki, bunu aprelin 15-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə “Ermənistan” müxalifət blokundan olan deputat Anna Qriqoryan deyib.
O bildirib ki, Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası üzrə səlahiyyətli orqanının Tavuş rayonunun kəndlərinin Azərbaycana təslim edilməsi ilə bağlı qərarı yoxdur.
Onun sözlərinə görə, kəndlərin təhvil verilməsi qərarı səlahiyyətli orqan tərəfindən verilməyib.
“Sənədin 9 noyabr 2020-ci il tarixli ilkin variantında bu ərazilərin təhvil verilməsindən bəhs edilib. Sonra son versiyada bu bölmə çıxarılıb. Sonra Voskeparda (Əskipara – red.) rus hərbi bazasının tikildiyinin şahidi olduq. Yəni, deyə bilərik ki, noyabrın 9-da onun sonrakı icrası üçün bu hissənin mətndən çıxarılması barədə razılıq əldə olunub”, – Qriqoryan izah edib.
Deputatın sözlərinə görə, Ermənistanın bu birtərəfli güzəşti əslində kapitulyasiyadır.
Xuraman Etibarlı
İnterpress.az