Qərbin anti-İran və anti-Rusiya hədəfi: “İndi növbə İrandadır”backend

Qərbin anti-İran və anti-Rusiya hədəfi: “İndi növbə İrandadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmədiyini bildirib. Onun sözlərinə görə, İranla bağlı bütün variantlar nəzərdən keçirilir. Bununla belə, Blinken diplomatiyaya üstünlük verdiklərini xatırladıb.

Mövzu ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov İnterpress.az-a açıqlamasında bildirib ki, Qərb formalaşmaqda olan yeni dünya nizamında Rusiya və İranın olmasını istəmir:

“Rusiya ilə bağlı layihə bir il əvvəl işə düşüb və davam edir. İndi növbə İrandadır. Qərb dövlətləri, o cümlədən ABŞ İranı zəiflətmək üçün bütün yollardan istifadə etməyə hazırdır. Qərbin Tehrana təzyiqlərinin əsas səbəbi və bəhanəsi bu dövlətin nüvə silahına sahib olmaq istəyidir. Bu, ABŞ və müttəfiqlərini narahat edir. Onlar rəqiblərinin güclənməsini istəmirlər. Çünki İran nüvə silahını təkmilləşdirərsə, bu dövlətə “batmaq” daha çətin olacaq. Ona görə də Qərb İrandan tez davranmaq istəyir. Yaxın vaxtlarda ABŞ-ın İranda hərbi əməliyyatlara başlaması inandırıcı deyil. Vaşinqton hələ bir neçə dəfə də oxşar xəbərdarlıqlar edəcək. Həmçinin İrandakı xaos daha da genişlənəcək. Müxtəlif yollarla Tehrana təzyiqlər artacaq. Sözsüz ki, bu prosesdə ABŞ – ın əsas müttəfiqi İsraildir.
Dediyimiz kimi, aktiv hərbi əməliyyatların başlanmasına hələ bir az var. Buna baxmayaraq, İranla bağlı qərar artıq verilib: bu dövlət yeni dünya nizamında olmalıdır. Necə deyərlər, “halva artıq çalınıb”.