Qəzza Səhiyyə Nazirliyinin sözçüsü İsrailin oktyabrın 7-dən bu yana 15 min 899 fələstinlini öldürdüyünü və onların 70 faizinin qadın və uşaq olduğunu açıqlayıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. İsrailin oktyabrın 7-dən blokadada olan Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 376 nəfər artaraq 15 min 899-a yüksəldiyi bildirilib.
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra mətbuat konfransında İsrailin 59 gündür davam edən hücumları ilə bağlı məlumat verib.
Kudra, İsrailin Qəzzaya hücumlarında can itkisinin 15 min 899-a, yaralı sayının isə 42 minə yüksəldiyini bildirib. Fələstin rəsmisi bildirib ki, ölənlərin 70 faizi qadın və uşaqlardır. Kudranın açıqlamalarına görə, İsrail Qəzza şəhəri və şimaldakı xəstəxanaları qəsdən hədəfə alıb, onları istismardan çıxarıb, xəstəxanalardakı tibb işçilərini, yaralıları və qaçqınları öldürüb və onları təhdid edərək deportasiya etməyə məcbur edib.
İsrailin səhiyyə sisteminə hücumları nəticəsində 283 səhiyyə işçisi həlak olub, 56 təcili yardım maşını yararsız hala düşüb, 56 səhiyyə müəssisəsi dağıdılıb, 20 xəstəxana və 46 sağlamlıq mərkəzi xidmətdən çıxıb.
İsrail əsgərləri başda Şifa Xəstəxanasının baş direktoru Məhəmməd Əbu Silmiyye olmaqla 35 tibb işçisini pis şərait və işgəncələr altında saxlamağa davam edib.
Səhiyyə sistemi iflic vəziyyətindədir
İsrailin hücumları bütün vəhşiliyi ilə davam edərkən, səhiyyə sistemi yaralıların sayının artmasına cavab verə bilmir.
Hücumlarda yüksək dərəcədə dağıdıcı və yandırıcı bombalardan istifadə edildiyindən tibb qrupları ağır yanıqlar, amputasiya tələb edən vəziyyətlər və ciddi bədən bütövlüyü pozulmaları ilə qarşılaşıb.