Qırğızıstan Prezidentindən gözlənilməz addım: KTMT-nin sammitində iştirak etməyəcəkbackend

Qırğızıstan Prezidentindən gözlənilməz addım: KTMT-nin sammitində iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan Prezidenti Sadır Japarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçılarının Qazaxıstandakı vəziyyətə həsr olunmuş onlayn görüşündə iştirak etməyəcək. Japarov bu gün gözlənilmədən qısamüddətli məzuniyyətə çıxıb.

Məlumata görə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasında onu Qırğızıstanın baş naziri Akılbek Japarov əvəz edəcək.

Bundan əvvəl bildirilmişdi ki, sessiyada Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Ermənistan liderləri videobağlantı vasitəsilə iştirak edəcək.