Qızıl geosiyasi vəziyyət fonunda bahalaşırbackend

Qızıl geosiyasi vəziyyət fonunda bahalaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Geosiyasi risklər səbəbindən investorların etibarlı aktivlərə tələbi qızılın bahalaşmasına səbəb olub.

Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,29%, yaxud 5,6 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 941,5 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,42% artaraq, 1 unsiyası 25,317 ABŞ dolları təşkil edib.

Rusiya və Ukrayna arasında gərginliyin artması investorların, qızılın da daxil olduğu etibarlı aktivlərə tələbini dəstəkləyir.

Münaqişə ilə bağlı qeyri-müəyyənlik investorların inamına böyük zərbə endirib.